Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 240
- 19 Dekabr 2025 22:43


ABŞ-ın Azərbaycandakı səfirliyi amerikalı güləş üzrə elçilər Con Smit və Salli Robertsin ölkəmizə səfərini təşkil edib. Allsport.az saytı xəbər verir ki, bu səfər Azərbaycan güləş federasiyası və gənclər və idman nazirliyi ilə birlikdə ABŞ dövlət departamentinin “İdman elçisi proqramı” çərçivəsində həyata keçirilib.
Amerikalı məşqçilər Azərbaycanda təqdimatlar vasitəsilə idmanda uğur qazanmağın və məşq sənətində liderlik bacarıqlarının inkişafı ilə bağlı təcrübələrini bölüşəcəklər. Qonaqlar Bakı ilə yanaşı, Astara, Gəncə və Şamaxıda gənc güləşçilər və onların məşqçiləri üçün təlimlər keçəcəklər.