- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0

Portuqaliya çempionatının ikinci liqasında 30-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Atletiko” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Benfika B” komandası ilə qarşılaşıb. Oyun həmyerlimizin klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Atletiko” hazırda 30 xalla 21-ci pillədə qərarlaşıb.