- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Portuqaliya ikinci liqasında 39-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Atletiko” da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi doğma meydanda “Uniao da Madeyra” ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amit görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Atletiko” hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb.