- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirir. Allsport.az xəbər verir ki, komanda Ərzurumdakı məşqlərini davam etdirir.
Təlim-məşq toplanışının 10-cu günündə yeni transfer Anar Nəzirov da komandaya qoşularaq məşqə çıxıb. Səhər məşqində “qartallar” oyunöncəsi taktiki çalışmalar üzərində işləyiblər.
“Zirə” bu gün Ərzurum toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxacaq. “Qartallar”ın rəqibi Gürcüstan çempionatının güclülər dəstəsində çıxış edən Potinin “Kolxeti” klubu olacaq.