- Baxış sayı: 18
- 09 Aprel 2026 23:25
- Baxış sayı: 18
- Aprel 09, 2026
- 0

AFFA-nın təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb. Allsport.az saytı xəbər verir ki, yeni filateliya məhsulu onun zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.
Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. O, XX əsrdə ənki Azərbaycanın, SSRİ-nin ən məşhur futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ millisinin heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində 1966-cı ildə “Neftçi”nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.
SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.