- Baxış sayı: 134
- 19 Dekabr 2025 23:57
- Baxış sayı: 134
- Dekabr 19, 2025
- 0


Azərbaycan yığmasının daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Allsport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.