Ançelotti “Sevilya”ya keçə bilərdi

“Sevilya” rəhbərliyi Karlo Ançelottinin oğlu Davide Ançelottini baş məşqçi təyin etmək variantını nəzərdən keçirib.

Allsport.az xəbər verir ki, Qarsia Pimientanı təyin etməzdən əvvəl “Sevilya” Davide Ançelottiyə dəvət şəklində alternativ variant təklif edib. İtaliyalı mütəxəssis “Real Madrid”də Karlo Ançelottinin köməkçisidir.

Baş məşqçi olmağı düşünən Ançelottinin oğluna artıq bir neçə təklif gəlib. 34 yaşlı italiyalının müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Həmin kateqoriyadan