- Baxış sayı: 32
- 04 Mart 2026 10:18
- Baxış sayı: 63
- Mart 02, 2026
- 0

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ağır zədə alan “Real Madrid”in hücumçusu Rodriqo Qoesə dəstək nümayiş etdirib.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu aldığı zədə səbəbindən mövsümün qalan hissəsini və 2026-cı il dünya çempionatını buraxmalı olacaq.
Ançelotti sosial şəbəkə hesabında “Bərk ol, Rodriqo, bərpa müddətinin hər mərhələsində yanındayıq” sözlərini paylaşıb.
Braziliyalı futbolçunun sağ ayağının ön çarpaz bağları və meniski yırtılıb. “Xetafe” ilə matçda (0:1) zədələnsə də, oyunu sona qədər davam etdirən Rodriqonun yaşıl meydanlara qayıtması 10 ay çəkə bilər.