- Baxış sayı: 33
- 13 Mart 2026 23:43
- Baxış sayı: 135
- Mart 13, 2026
- 0

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə keçirilən oyunda iştirak edib.
O, 70-ci dəqiqədə meydana daxil olub. Görüş Kabo-Verde millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kabo-Verde oktyabrın 7-də bu rəqibi ilə keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu nəticədən sonra Kabo-Verde 7 xalla 2-ci pillədə qərarlaşıb. Nigeriya 9 xalla qrup lideridir.