Anduxar Oliver: Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi

Çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” evdə “Atletiko” ilə görüşdü. Allsport.az saytı xəbər verir ki, 0:0 başa çatan matçın ən mübahisəli anlarından biri 75-ci dəqiqədə yaşandı.
“Köhlən atlılar”ın hücumu zamanı madridlilərin müdafiəçisi Dieqo Qodin cərimə meydançasında Dino Ndlovunun qapəçə ilə təkbətək çıxmasının qarşısını alsa da, hakim penalti təyin etmək əvəzinə, simulyasiyaya görə hücumçuya sarı vərəqə göstərdi. Bu, onun 2-ci xəbərdarlığı olduğundan, futbolçu meydanı tərk etmək məcburiqqətində qaldı.
Apasport.az-ın məlumatına görə, hadisəyə İspaniya mətbuatı da biganə qalmayıb. “Marca” nəşrində bununla bağlı xəbər yer alıb. Nüfuzlu idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver epizodun penalti olduğunu deyib: “İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.

Həmin kateqoriyadan