Antidopinq sahəsində süni intellektə dair yeni resenziyalı elmi məqalə

Beynəlxalq məlumat və indeksləşdirmə sistemi – SCOPUS bazasına daxil olan “Law. Human. Environment” jurnalında “Dopinqə qarşı mübarizədə süni intellekt: İrəliləyişlə etik və hüquqi dilemma arasında” (“Artificial intelligence in the fight against doping: Between breakthrough and ethical and legal dilemma”) adlı elmi məqalə dərc olunub. Allsport.az saytı xəbər verir ki, yazının həmmüəllifləri Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə və icraçı direktorun müavini Rüfət Əfəndiyevdir.

Antidopinq sahəsində süni intellektin istifadəsinə həsr olunmuş yeni resenziyalı elmi məqalədə texnoloji tərəqqinin şəffaflığı, idmançı hüquqlarının qorunmasını və prosedur ədalətini təmin edən güclü mexanizmlərlə müşayiət olunması aydın şəkildə vurğulanır.

Məqalədə süni intellektin antidopinq sistemlərində artan rolu araşdırılır və onun anomaliyaların aşkarlanmasını təkmilləşdirmək, riskəsaslı monitorinqi gücləndirmək, daha hədəfli testləri dəstəkləmək, habelə bioloji və performansla bağlı məlumatların təhlilini inkişaf etdirmək potensialı diqqətə çatdırılır.

Həmin kateqoriyadan