- Baxış sayı: 53
- 06 Avqust 2026 22:07
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0

Beynəlxalq cüdo federasiyasının hüquqşünası Tamas Vass və antidopinq koordinatoru Andrea Ember Azərbaycan milli antidopinq agentliyinin (AMADA) qonağı olublar.
Allsport.az xəbər verir ki, qonaqlar AMADA-nın fəaliyyəti ilə yaxından tanış olub, agentliyin təmiz idmanın təşviqi istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə məlumatlandırılıblar.
Qonaqlar Azərbaycanda təmiz və ədalətli idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu sahədə əldə olunan nailiyyətləri xüsusi vurğulayıblar.
Görüş çərçivəsində antidopinq sahəsində testetmə və təhsil istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.