- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Kipr “Apollon”u arasında keçiriləcək ilk oyunun başlama saatı müəyyənləşib. Allsport.az xəbər verir ki, sözügedən qarşılaşma iyulun 30-da Larnakada baş tutacaq.
Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, “Apollon” – “Qəbələ” matçının keçiriləcəyi “Antonis Papadopulos” stadionu 12 000 azarkeş tutur.