- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 200
- Mart 25, 2026
- 0

“Neftçi” PFK-nın kapitanı Araz Abdullayev komanda ilə məşqlərə başlayıb. Allsport.az xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən mikroəməliyyat olunmuşdu.
Buna görə də o, komandasının Bakıdakı məşqlərinə qatıla bilməmişdi. Artıq futbolçu bir neçə gündür ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən bir müddət hazırlıqdan kənarda qaldığı üçün ötən gün “Alanyaspor”la keçirilmiş qarşılaşmada meydana çıxmamışdı.