“”Araz Naxçıvan” ilə müqayisədə, “Qarabağ” çox təcrübəlidir”

“Araz-Naxçıvan” konfrans liqasının III təsnifat mərhələsində evdə “Omoniya”ya uduzub – 0:4. Allsport.az xəbər verir ki, “Dalğa arena”da keçirilən matçdan sonra qonaqların baş məşqçisi Henninq Berq mətbuat konfransında bunu deyib:

“4 qol vurub qapını toxunulmaz saxladığımız üçün çox sevincliyəm. Amma hər şeyi bitmiş saymaq olmaz. Son nöqtəni qoymaq üçün evdə sərfəli nəticə qazanmalıyıq.

Ot örtüyünün vəziyyəti yaxşı deyildi. Buna rəğmən, yaxşı ustalıq göstərdik, çoxlu qollar vurduq.

Bu, mənim Bakıya 2-ci səfərimdir. “Qarabağ”la oyunda evdə uduzmuşduq, səfərdə heç-heçə etmişdik. “Araz Naxçıvan” ilə müqayisədə, “Qarabağ” çox təcrübəlidir. Lakin indiki rəqibi də zəif saymaq olmaz. “Aris” çox yaxşı klubdur. “Araz Naxçıvan” həmin komandanı üstələməyi bacarıb. Bu oyunda rəqibi tuta bildik. Onlarda sadəcə alınmadı”.

Həmin kateqoriyadan