- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssisin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın “A” lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub.
İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.