- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 208
- Mart 25, 2026
- 0

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçu iyunun 6-da Polşa ilə yoldaşlıq, iyunun 9-da isə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İtaliya ilə keçirəcəyi oyunlar üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.
Avram 2023-cü ildən “Araz-Naxçıvan”ın heyətində çıxış edir.