- Baxış sayı: 28
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

La liqada bitən mövsümün ən yaxşı gənc futbolçusu (23 yaşa qədər) adına namizədlər bilinib.
Allsport.az xəbər verir ki, bu ada 7 futbolçu iddia edir.
Namizədlər arasında “Real Madrid”dən Arda Gülər də var.
Türkiyəli yarımmüdafiəçi mövsümü 3 qol və 5 məhsuldar ötürmə ilə bitirib.
Digər namizədlər bunlardır: “Barselona”dan Lamin Yamal (9 qol, 13 məhsuldar ötürmə) və Pedri (4+5), “Las-Palmas”dan Alberto Moleyro (6+1) və Fabiu Silva (10+3), “Real Madrid”dən Cud Bellingem (9+9) və “Valensiya”dan Dieqo Lopes (8+5).