“”Arsenal”dansa “Siti”nin qalib gəlməsini daha çox istərdim”

Dəfələrlə olimpiya və dünya çempionu olan qaçışçı və “Mançester Yunayted”in fanatı Useyn Bolt “Mançester Siti”nin çempionluğuna niyə sevindiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Talksport”a açıqlama verib:

“Hamı məndən kimin qalib gəlməsini üstün tutduğumu soruşur – “Arsenal” və ya “Mançester Siti”. Cavab verirəm: “Man Siti”, bu asandır.” İnsanlar deyirlər: “Ancaq onlar sənin rəqibindirlər.

Mən çoxlu “Arsenal” azarkeşlərini tanıyıram və onlar cədvəlin başında olanda çox danışırlar və mən “Sən hələ qalib gəlməmisən!” deyirəm. Təsəvvür edirsinizmi, əgər onlar həqiqətən qalib gəlsəydilər nə olardı? İlahi, bu son olardı. “Arsenal”dansa “Siti”nin qalib gəlməsini daha çox istərdim, çünki buna dözə bilmirdim”.

Həmin kateqoriyadan