Arteta derbinin tarixinə keçdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta London derbiləri tarixində rekorda imza atıb.

Allsport.az xəbər verir ki, yanvarın 14-də İngiltərə liqa kubokunun ilk yarımfinalında “Arsenal”ın səfərdə “Çelsi”ni 3:2 hesabı ilə məğlub etməsi bu uğuru rəsmiləşdirib.

Arteta bütün turnirlər daxil olmaqla, “Stemford Bric”də ardıcıl 8 səfər oyununda məğlub olmayan (4 qələbə, 4 heç-heçə) ilk baş məşqçidir.

Bundan əvvəl analoji uğuru (9 oyunluq sıralama) 1998-2005-ci illər aralığında Arsen Venger qazansa da, Arteta bu göstəriciyə fərdi rekordçu kimi adını yazdırıb.

Həmin kateqoriyadan