- Baxış sayı: 37
- 03 Mart 2026 19:54
- Baxış sayı: 59
- Mart 02, 2026
- 0

“Sumqayıt” Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda səfərdə “Zirə”yə uduzub – 0:2.
Allsport.az xəbər verir ki, ilk matçda qolsuz heç-heçəyə razılaşan “kimyaçılar” bununla da turnirdəki mübarizəni dayandırıb.
Qarşılaşmadan sonra baş tutan mətbuat konfransı “Sumqayıt”ın baş məşqçisi Saşa İliç bunu deyib: “Əvvəlcə “Zirə”ni təbrik edirəm. Kubok oyunları bir qədər çətin olur. Xüsusən də ilk matçın 0:0 bitdiyini nəzərə alsaq, hər şey bu oyundan asılı idi. İlk hissəni nisbətən yaxşı oynadıq. İkinci hissədəki əvəzetmələrlə nələrisə dəyişməyə çalışdıq. Lakin qırmızı vərəqədən sonra rəqib hesabı daha da artırdı. Kubokda çıxışımız başa çatıb, artıq çempionata köklənmək lazımdır”.