- Baxış sayı: 25
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 201
- Fevral 04, 2026
- 0

Azərbaycan premyer liqasının III turunun “Karvan-Yevlax” – “Qarabağ” oyunundan (0:2) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə bunu deyib:
“Futbolçularımı təbrik edirəm. Heç də asan qalibiyyət olmadı. Belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Yenə də bizim üçün çox vacib oyun idi. İstirahətə qalibiyyətlə yollanmaq önəmli idi. Bizi dəstəkləmək üçün bura gələn azarkeşlərimizə təşəkkür edirəm”.