- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 123
- Dekabr 19, 2025
- 0


Bu gün premyer liqanın 11-ci turunda «Qəbələ» klubu sevinən tərəf oldu. Allsport.az saytı xəbər verir ki, doğma meydanda «Səbail»ə qalib gələn (2:0) «qara-qırmızılar» öncüllər qrupunda yerini daha möhkəmləndirdi. Görüşdən sonra əyalət komandasının futbolçusu Asif Məmmədov bunu söylədi:
«Qalib gəldiyimiz üçün şadam. Xal itirmək olmaz. Gələn oyun səfərdə«Neftçi» ilə qarşılaşacağıq. Tərlan Əhmədovun gəlişindən sonra rəqib yüksəlişdədir. 4 görüşdə qalib gəlib. Bizi ağır oyun gözləyi. Ona görə ciddi hazırlaşmalıyır».