“Aston Villa”dan “Mançester Yunayted”ə imtina

“Mançester Yunayted” yenidən “Aston Villa”nın qapıçısı Emiliano Martinesi transfer etməyə çalışıb.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” argentinalı futbolçunu icarəyə götürmək istəsələr də, bu variant “Aston Villa”nı razı salmayıb. Birmingem təmsilçisi yalnız birdəfəlik satışı nəzərdən keçirməyə hazırdır. Onlar Martines üçün təxminən 40 milyon funt-sterlinq almaq istəyir.

Martines ötən mövsüm İngiltərə premyer liqasında 37 oyun keçirib və 45 qol buraxıb.

Həmin kateqoriyadan