- Baxış sayı: 32
- 15 Fevral 2026 11:43
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, rəhbərliyə məxsus “Səhənd” mehmanxanasında, restoranında klubun idmançıları, məşqçiləri və dostları bir araya gəldi. Baş məşqçi Əli Dərvişov açılış nitqini söylədi. Sonra il ərzində qazanılan uğurlar vərəqləndi, görüntü vasitəsi ilə dünyanın müxtəlif yerlərindən təbriklər səsləndirildi.
Avropa cüdo ittifaqının (EJU) prezidenti Laslo Tot, Türkiyə cüdo federasiyasının başqanı Sezər Hüysuz, EJU-nun hakimlər komitəsinin direktoru Aleksander Yatskeviç, Sloveniya cüdo federasiyasının rəhbəri Borut Paxor, Norveçdən olan diplomat Göril Yohansen, Yaponiyanın cüdo üzrə professoru Toşixiko Yamada, Almaniya cüdo federasiyasının prezidenti Otto Kneitinger və başqaları “Atilla”nın dünya idmanında özünəməxsus yeri olduğunu qeyd etdilər, yeni təqvim ilində də tatami ustalarımıza uğurlar arzuladılar.
Birliyin yaxın dostu, millət vəkili Asif Əsgərov çıxışında “Atilla” klubunun daim Azərbaycan idmanın döyünən ürəyi olduğunu dedi. Bildirdi ki, bəzən cüdoçularımıza qarşı qısqanclıq olsa da, onlar öz yolları ilə davam edirlər, çünki artıq çətinliklərə sinə gəlməyə öyrəşiblər. Daha sonra o, il ərzində fərqlənən cüdoçuları və məşqçilərə pul mükafatları təqdim etdi.
“Atilla” idman kompleksinin direktoru Fərhad Məmmədov dövlətimizin yaratdığı şəraitdən razı qaldığını söylədi, yaxın dostlara təşəkkürünü bildirdi. Əlavə etdi ki, onlar bundan sonra da yüksələn sürətlə inkişaf edəcəklər, dünya miqyasında nüfuzlarını bundan sonra da qorumağa çalışacaqlar.