- Baxış sayı: 107
- 07 Aprel 2026 15:46
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.
Allsport.az xəbər verir ki, nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc olmaqla 2 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev finalda Ukrayna təmsilçisi Dilşad Xalmatovu məğlub edərək karyerasında üçüncü dəfə bu turnirin qalibi olub.
66 kq çəkidə tatamiyə çıxan Ruslan Paşayev isə bürünc medal uğrunda görüşdə İtaliya idmançısı Valerio Akkolini son saniyələrdə yuko xalı ilə üstələyərək üçüncü yeri tutub.
Bu gün yarışda daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.