- Baxış sayı: 39
- 10 Aprel 2026 12:44
- Baxış sayı: 56
- Aprel 09, 2026
- 0

Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, qış dünya turu – gümüş səviyyəli yarışda milli komandamızın üzvü İsmayıl Əliyev uğurlu çıxışla yadda qalıb. Nüvə itələmə növündə mübarizə aparan atletimiz 16.58 metr nəticə ilə yarışı 2-ci sırada başa vuraraq gümüş medal qazanıb.