- Baxış sayı: 40
- 25 Dekabr 2024 18:08
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
İtaliyanın Auronso di Kadoro şəhərində avarçəkmə üzrə yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, yeniyetmə və gənclər arasında sınaqda 15 ölkədən 600-dən çox idmançı qatılıb. Bizi 200, 500 və 1000 metr məsafələrdə 5 nəfər təmsil ediblər. Nəticələr uğurludur.
Gənclərdə Malxaz Çinçaraşvili kanoedə 500 və 1000 metrdə 1-ci yer, 200 metr məsadəfə 3-cü yer tutub. Vadim Hüseynov 1000 metrdə bürünc medal qazanıb. 2-yerlik qayıqda idmançılarımız 500 və 1000 metrdə qızıl, 200 metr məsadəfə bürünc mükafata yiyələniblər.
Yeniyetmələrdə Cumber Çxutiaşvili kayakda 200 metrdə 1-ci olub. U-16-da Tofiq Bayramov kayakda 500 metrdə 1-ci, 200 mertrdə 2-ci sıraya çıxıb. Gülnarə Həmzəyeva kanoedə 500 metrdə hamını ötüb, 200 metrdə 2-ci yer tutub.