- Baxış sayı: 35
- 12 Mart 2026 23:10
- Baxış sayı: 410
- Mart 12, 2026
- 0

Monakoda şahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatası keçirilib.
Allsport.az xəbər verir ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın 110 idmançı iştirak edib.
Azərbaycan yığmasının heyətində Diana Dımçenko mübarizə aparıb. O, “Çağırış Kuboku-2023”ün qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə start xəttinə çıxıb. 4000 m məsafəyə keçirilən yürüşdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.