- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Real Madrid” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, “kral klubu”nun hər üç qolunu Federiko Valverde vurub.
Bununla da Valverde ÇL-də het-trik edən ikinci uruqvaylı olub.
Federikodan öncə 2000/2001 mövsümündə “Deportivo”nun keçmiş oyunçusu Valter Pandiani bu uğura imza atıb.
“Mançester Siti” və “Real Madrid” arasında ikinci oyun martın 17-də keçiriləcək.