“Bahar” kubokunda avarçəkmə

16-18 apreldə kayak və kanoe üzrə gənclərdən ibarət millilərimiz Türkiyənin Muğla şəhərində “Bahar” kuboku beynəlxalq reqatasında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycan su idman növləri federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7-nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Həmin kateqoriyadan