- Baxış sayı: 51
- 21 Sentyabr 2026 18:22
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Azərbaycan voleybol federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb. Allsport.az saytı xəbər verir ki, “2-ci dərəcə” məşğələsi Bakıda keçirilib və Beynəlxalq voleybol federasiyasının (FİVB) məşqçi-müəllimi Çingiz Axarçeşmə tərəfindən aparılıb.
Kursda AVF-nin “1-ci dərəcə” mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib. Yekunda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər 2 imtahanı uğurla keçənlər AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alıblar.