Avro-2023-də oyunların təqvimi

Qadın voleybol millimizin gələn il üçün Avropa çempionatında oyunlarının təqvimi bəlli olub. Allsport.az saytı xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi “C” qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə bu yarışın finalında iştirak edəcək Azərbaycan millisinin rəqibləri Almaniya, Çex Respublikası, Türkiyə, İsveç və Yunanıstandır.

Avro-2023-də ilk matç çexlərə qarşı keçirəcək. Bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəyik. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız, avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Ayın 23-də qrupda son matç İsveç ilə olacaq.

Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish