Avropa kuboku başlayıb

Aprelin 4-də Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Allsport.az xəbər verir ki, Gəncə idman sarayında təşkil olunan beynəlxalq turnirin ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Azərbaycan cüdoçuları günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurublar.

Rza Xəlilli (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Fərmanzadə (48 kq), Fərid Rzazadə (50 kq), İbrahim Talıbov (55 kq) və İlkin Qarayev (66 kq) yarışı gümüş medalla tamamlayıblar.

Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Zəhra Mövləmverdiyeva və Nərmin Ağamirzəzadə (hər ikisi 52 kq), Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Sənan Piriyev (66 kq) isə bürünc mükafata yiyələniblər.

Yarışa bu gün daha 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə yekun vurulacaq.

Həmin kateqoriyadan