- Baxış sayı: 27
- 13 Mart 2026 13:22
- Baxış sayı: 458
- Mart 12, 2026
- 0

“Portu” Avropa liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Ştutqart”a 2:1 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, bu qarşılaşma həm də tarixi rekordla yadda qalıb.
Portuqaliya klubunun mərkəz müdafiəçisi Tiaqo Silva matça start heyətində başlayaraq 41 yaşında turnirdə debüt edib. Bununla da braziliyalı futbolçu Avropa liqası tarixinin ən yaşlı debütantı tituluna sahib çıxıb.
Braziliyalı müdafiəçi ötən ilin dekabrında “Portu”ya qoşulub. Cari mövsümdə o, “əjdahalar”ın heyətində 7 rəsmi oyunda meydana çıxıb.