- Baxış sayı: 31
- 26 İyul 2024 23:56
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
İstanbulda, Avropa olimpiya komitələrinin 52-ci baş assambleyasının ilk günü başa çatıb. Allsport.az saytı xəbər verir ki, milli olimpiya komitəsinin nümayəndələri – vitse-prezident Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, həmçinin gənclər və idman naziri Fərid Qayıbov AOK-un 52-ci Baş Assambleyasının iclasında iştirak ediblər.
Türkiyə MOK-un prezidenti Uğur Ərdənər, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak etdiyi iclasın ilk günündə Paris–2024 yay olimpiya oyunları, Milano Kortina-2026 qış olimpiya oyunları müzakirə olunub.
Həmçinin AOK-un strategiya gündəliyi 2030 iştirakçılara təqdim edilib.