- Baxış sayı: 20
- 13 Mart 2026 12:30
- Baxış sayı: 456
- Mart 12, 2026
- 0

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa arenalarında İngiltərə klublarının üzləşdiyi çətinliklərdən danışıb.
Allsport.az xəbər verir ki, mütəxəssis premyer liqa təmsilçiləri üçün uğursuz keçən son oyun gününü şərh edib.
Həmin gün “Mançester Siti” “Real”a 0:3, “Çelsi” isə PSJ-yə 2:5 hesabı ilə məğlub olub. “Arsenal” isə “Bayer”lə (Leverkuzen) heç-heçəyə (1:1) razılaşıb.
“Dünən baş verənlər şok effekti yaratdı. Bu, İngiltərə komandaları üçün Avropada mübarizə aparmağın nə dərəcədə çətin olduğunu göstərir. Premyer liqanın digərlərindən daha güclü və yaxşı olduğunu deyə bilərik, lakin Avropada vəziyyət mürəkkəbdir. Orada rəqabət aparmaq çox çətindir və dünənki nəticələr buna bariz nümunədir”, – deyə Emeri bildirib.