Avstriyada yaşayan həmyerlimiz dünya çempionu olub

Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov, Birləşmiş ümumdünya idman kempo federasiyasının Macarıstan paytaxtı Budapeştdə 26-cı dünya çempionatında qızıl medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, 27 ölkədən idmançıların iştirak etdiyi çempionatda soydaşımız Avstriyanı təmsil edən yeganə idmançı kimi tatamiyə çıxıb. “A” – veteranlar qrupunda (doğum tarixi 1986-cı ildən əvvəl) 92 kq-da bütün rəqibləri üstələyib.

Bu, azərbaycanlı idmançılar arasında həmin idman növü üzrə indiyədək ən yüksək nailiyyətdir. O, həmçinin UWSKF rəhbərliyi tərəfindən 4-cü dan qara kəmərə layiq görülüb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish