“Ay-ulduzlular”ımız Qazaxıstanla oyun öncəsi nə deyiblər?

Milli üzvləri Qazaxıstan yığması ilə keçiriləcək yoldaşlıq oyunu barədə öz fikirlərini bildiriblər. Allsport.az saytı sabahkı oyunla bağlı 4 futbolçumuzun fikirini təqdim edir:

Emin Mahmudov: “Oyuna yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Çünki rəqib də güclü komandadır. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”.
Ruslan Abışov: “Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir. Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.
Ürfan Abbasov: “Oyuna ciddi hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanmaq isətiyirik. Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.
Qara Qarayev: “Ardıcıl ikinci yoldaşlıq oyunumuzdu. Bu oyunlar bizim üçün çox vacibdir. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.

Həmin kateqoriyadan