Aydın Süleymanlı Türkiyə superliqasında bürünc medal qazanıb

Azərbaycan şahmatçısı Aydın Süleymanlının şərəfini qoruduğu “Bayegan pendik şətrənc idman klubu” 19 xal ilə Türkiyədə superliqası 3-cü pillədə başa vurub. Allsport.az saytı xəbər verir ki, ondan savayı, daha dörd təmsilçimiz qardaş ölkədə mübarizə aparıb.

Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasovun şərəfini qoruduğu “Darruşəfəqə” klubu 6 xalla 11-ci, qrossmeyster Zaur Məmmədovun çıxış etdiyi “Rota kolleci” komandası 10-cu, Abdulla Qədimbəylinin mübarizə apardığı “Göyay vəqfi” 3 xalla sonuncu, yəni 13-cü olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish