Ayxan Abbasov: İlk hissədə penaltimiz verilmədi

Topaz premyer liqasının 22-ci turunda “Zirə” öz meydanında “Qəbələ” klubu ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Futbolçularımız meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Bu gün 3 xal qazanmaq istəsək də, sonda qol buraxdıq. Düzdür, qollar vura bilərdik, amma imkanlarımızdan yararlana bilmədik. Futbolçularımı sakit olmağa çağırmışdım, çünki Qəbələdəki oyunda problemlər olmuşdu.

Önümüzə baxmalı və sonra qədər vuşmalıyıq. Məncə, qalib gəlməli idik. Düzdür, qol buraxdıqdan sonra irəli atıldıq, ona görə qapımızda təhlükəli vəziyyətlər yarandı. İlk hissədə penaltimiz verilmədi. Əgər qapıçı zədələnibsə, deməli, toxunuş olub”.

Həmin kateqoriyadan