- Baxış sayı: 35
- 05 Aprel 2026 11:00
- Baxış sayı: 124
- Aprel 03, 2026
- 0

“Sumqayıt”la müqaviləsi başa çatan baş məşqçi Ayxan Abbasovun gələcək taleyinə aydınlıq gəlib. Allsport.az xəbər verir ki, klub prezidenti Riad Rəfiyev 38 yaşlı mütəxəssisin komandada qalacağını deyib:
“Ayxan Abbasovun müqaviləsi başa çatıb. İnanmıram ki, burada nəsə problem olsun. Ayxan müəllim gələn mövsüm də komandamızı çalışdıracaq”.
“Sumqayıt” Ayxan Abbasovun rəhbərliyi ilə ilk dəfə Avropa liqasına vəsiqə qazanıb.