Azər Əliyev qol ötürməsi etdi, ən yaxşı futbolçu seçildi

Rusiya premyer liqasında 18-ci tura start verilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Azər ƏliyevTurqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” səfərdə “Krılya Sovetov”a 1:0 hesabı ilə qalib gəlib.

Başqırdıstan təmsilçisinin minmal hesabla (1:0) qalib gəldiyi görüşdə yeganə qolun ötürməsini məhz Azər verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib.

Əsas heyət üzünə həsrət qalan Möhbalıyevin adı isə yenə də iştirak ərizəsinə salınmayıb.

“Ufa” 18 turdan sonra aktivindəki 22 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan