- Baxış sayı: 36
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

“Paşa həyat sığorta” ASC və “İkar-qrup” MMC-nin (“Kəhriz su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi və Yeni azərbaycan partiyası sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay futbol düşərgəsi” layihəsinə start verilib.
Allsport.az xəbər verir ki, 1 iyul tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.