- Baxış sayı: 89
- 08 İyul 2024 13:33
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.
Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanıb.
Yarışa oktyabrın 10-da yekun vurulacaq.