- Baxış sayı: 35
- 12 Mart 2026 22:49
- Baxış sayı: 401
- Mart 12, 2026
- 0

Avropa kuboklarının 2020/21 mövsümü üçün komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.
Allsport.az xəbər verir ki, Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların 4-ü də mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Premyer liqanın qalibi çempionlar liqasının ilk raundundan, 2-ci və 3-cü yerin sahibləri isə Avropa liqasının I təsnifat mərhələsindən start verəcək.
Ötən mövsüm II raunddan başlayan kubok qalibi də I mərhələdə oynamalıdır. Bu, ölkənin UEFA reytinqində geriləməsi ilə baş verib. 2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan bu mövsüm klubların uğursuz çıxışı səbəbilə 3 pillə geriləyərək, 26-cı yerə düşüb.