- Baxış sayı: 35
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Türkiyə milli komandasının baş məşqçisi Şənol Günəş bu gün Alanyada Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama matçını şərh edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunu söyləyib:
“Milliyə yeni dəvət olunan və az şans qazanan futbolçularımızı iş başında görmək istəyirdik. Futbolçular hələ istirahət ab-havasındadırlar. Bəzi oyunçularla bağlı risk etmək istəmirik, bəzilərinin də reaksiyasını görmək istəyirik. Müdafiədəki oyunçularımızı dəyişdirmək istəmədik. Səhvlərimiz, çatışmazlıqlarımız var, amma qələbə qazanmağımız gözəl oldu. Bəzi oyunçulara istirahət verəcəyik.
Azərbaycan yığması yaxşı komandadır. Asan məğlub olmurlar. Bizə çətin anlar yaşatdılar, təhlükəli hücumlara çıxdılar. Səhvlərə yol verdik. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Ötürmələrdəki səhvlərlə yanaşı, fərdi səhvlər də var, bunları aradan qaldırmalıyıq. Uels və İsveçrə ilə oyunlar çox fərqli olacaq”.
224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq.
Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. Halilin ayağından aldığı zərbə ilə əlaqədar problemi var. Ümid edirəm ki, ciddi deyil. Altayın zədəsi isə yüngüldür. İkisi üçün də keçmiş olsun”.