- Baxış sayı: 46
- 18 Dekabr 2024 11:22
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Bakı su idmanı sarayında təqdimatda su polosu üzrə millinin baş məşqçi Panayotis Xronopulos açıqlama verib. Yunanıstanlı mütəxəssisin sözünə görə, həm idmançı, həm də baş məşqçi kimi öz ölkəsində və beynəlxalq yarışlarda yüksək nəticələrə nail ola bilib:
“Mən Azərbaycanda su polosunun inkişafına töhfə vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə çalışacağam. Üzgüçülük federasiyasının rəhbərliyi ilə bir çox layihələri müzakirə etdik. Hesab edirəm ki, Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi münbit şərait var.
Mənə bildirdilər ki, Bakıda, Gəncədə, Mingəçevirdə və digər regionlarda yaxşı şəraiti olan üzgüçülük hövuzları var. Artıq son illər Azərbaycanın gənc və perspektivli üzgüçüləri beynəlxalq arenalarda yaxşı nəticələr göstərirlər.
Bu inkişafın su polosu idman növündə də özünü göstərməsi məqsədilə buradayam. Çalışacam ki, az bir müddətdə onların etimadını doğruldam və su polosunda da Azərbaycan millisi yaxşı nəticələr əldə etsin”.