- Baxış sayı: 32
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 56
- Fevral 26, 2026
- 0

“Kəpəz” premyer liqanın XXII turunun açılış oyununda “Sumqayıt”la qarşılaşıb.
Allsport.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçisinin inamlı qələbəsi ilə bitib – 3:0.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov matçdan sonra baş tutan mətbuat konfransında bunu deyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizi onlara həsr edirik. Xüsusən də bir neçə gün əvvəl ata olan qazimiz Kərim və onun qızına. Oyun çox maraqlı alındı. Meydanda istədiyimiz hər şeyi həyata keçirə bildik, lazımi qollar vurduq. Futbolçularımı təbrik edirəm”.