- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Real Madrid”in zədəli ulduzu Kilyan Mbappenin çempionlar liqasının 1/8 final mərhələsinə qədər sıraya dönəcəyi gözlənilir.
Allsport.az xəbər verir ki, dizində problem olan fransalı hücumçu la liqada “Xetafe” ilə matçı qaçıracaq.
Mbappenin martın ortasında keçiriləcək qitənin bir nömrəli turnirinə qədər hazır olması planlaşdırılır. Komandanın digər üzvlərindən Din Höysen “Selta” ilə oyuna qədər qayıda bilsə də, Cud Bellingem və Dani Sebalyosun dönüşü martın sonuna (məsələn, “Atletiko” derbisinə) proqnozlaşdırılır. Eder Militao isə çempionlar liqasının növbəti mərhələsinin hər iki oyununu buraxmalı olacaq.